haberL haberR

Ruhanilərin vəhdəti üçün yaranan misilsiz tarixi fürsət

Kateqoriya: Məqalə Yayımlama tarixi: 10.11.2015 17:08:40

"Son olayların çoxlu mesajları var və bu İslami cameəmiz üçün tarixi fürsətdir"

Bu fikirləri özünün sosial şəbəkəsində  ilahiyyatçı Tohid İbrahimbəyli yazıb.

Yazını təqdim edirik:

"Ruhanilərin vəhdəti üçün yaranan misilsiz tarixi fürsət. Son hadisələrin çoxlu mesajları var. Bu mesajların ən önəmli incə nöqtələri Hacı Tale qardaşımızadır. Bir hissəsi isə Azərbaycanın müsəlman xalqına məxsusdur. Bir az ayıq olaq və son hadisələrdən nəticə alaq. Bir neçə gündür tv kanalları hacı Tale barəsində iftira və böhtan dolu verlişlər hazırlamaqla məşğuldurlar. Əgər Hacı Tale terroristdirsə, İŞİD təmsilçisidirsə, onda belə çıxır ki, Azərbaycanda yaranan muasir islami hərəkatın zindandaki baniləri və liderləri daha təhlükəli və daha böyük terrorçulardır.

Deməli bu şantajçılar Azərbaycan cəmiyyətinə əsl təhlükə İŞİD-i deyil şiələrin olması mesajını vermək istəyirlər..

O Şiə məktəbi ki, mərcəiyyətə bağlıdır...

Bu şuar, İsrail rejiminin fəryad çəkdiyi təfəkkürdir.

İsrail rejiminin baş naziri Benyamin Netanyahunun belə deyir: "Şiə bizlər üçün İŞİD-dən də təhlükəlidir".

Son parlament seçkilərindən öncə “seçkiləri izləmək” bəhanəsi ilə Libermanın Bakıya səfəri, heç də təsadüfi deyil. Bü gün Azərbaycan tv kanallarının Hacı Taleyə qarşı etdiyi təxribat yalnız İsrail baş nazirinin verdiyi bu şuarın altında qurulmuş planların nəticəsidir.

Bu təfəkkürün vətənimizdə fomalaşdırmaq zəhmətini İsrail nökərləri olan tv kanallarımız çəkirlər və bu çirkin planı icra edirlər. Buna 100% əmin ola bilərsiniz.!

Əgər bu ciliz tv kanallar Hacı Taleyi terrorçu qələmə vermək üçün hazırladığı filmin sonunda Ayətullah Nuri Həmədanin görüşünü nümayiş etdirirsə və Ağanı terroristlərin himayətçisi kimi qələmə verirsə, onda belə çıxır ki, bu kanallar hər şiə ruhanisi ki, özünü mərcəiyyətə bağlı bilirsə və yaxud onun əlini öpürsə terrorist gruplaşmanın üzvudurlər.

Belə çıxır ki, Ayətullah Həmədanini ölkəyə dəvət edən və onun gəlişini “nemət” adlandıran QMİ-in sədri Allahşukur Paşazadə ölkə terrorçularının başında dayanır. Deməli əgər müctəhidlərin əlini öpmüsənsə və yaxud onlar tərəfindən əmmamə almısansa ya gərək saray mollasına çevirib zalimlə açıq-aşkar beyət etməlisən, ya da əks təqdirdə terrorçu və vətən xainisən..

Əziz ruhanilər! Bu təxribat Azərbaycanın bütün din xadimlərinə qarşı planlaşdırılan əməliyyatdır. Yəni Azərbaycanda fəaliyyət görsədən əksər ruhanilər fərq etməz siyasi arenada görsənən ruhani olsun ya olmasın bu kanalların məntiqinə əsasən terrorist və vətən xainidirlər.

Bəs, əziz ruhanilər bu təxribat Azərbaycanın bütün din xadimlərinə qarşı planlaşdırılan əməliyyat idi. Fərq etməz siyasi səhnədə olan ruhani olsun ya olmayan.

Siz müstəqil ruhanilər, axundlar və din xadimləri; Vallah ruhanilərin vəhdəti üçün çox gözəl və misilsiz fürsət yaranıb.

Əziz ruhanilər, əllərinizdən öpür və bir kiçik qardaşınız kimi sizə xahişlə müraciət edirəm. B

u məsələdə artıq Hacı Taledən söz getmir, burada mərcəiyyətə, Azərbaycanın bütün müstəqil ruhanilərinə və müsəlmanlarına hörmətsizlik edirlər.

Fərqi yoxdur Hacı Talenin tutduğu mövqeyini bəyənirsiniz ya yox. Bu artıq Şiə ruhanisinin və Peyğəmbər libasının müdafiəsinə qalxmaq məsələsidir. Lazım deyil küçələrə tökülək. Ən azından vəhdət Qələmlərimizi ələ alaq, İsrail nökəri olan bu tv kanallarının təxribatını, buna şərait yaradan amilləri məhkum edək və bu etirazı xalqımızın nəzərinə çatdıraq. İnşallah bu hərəkətlə düşmənin belin qırmış olarıq. Allahdan hər birinizə müvəffəqiyyət arzu edirəm!

Tohid İbrahimbəyli"

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.