haberL haberR

Ruhaninin Avropaya səfəri başladı

Kateqoriya: Region Yayımlama tarixi: 25.01.2016 12:17:47

İran prezidenti Həsən Ruhani İtaliyaya rəsmi səfərə yola düşüb.

"Report" İran KİV-inə istinadən xəbər verir ki, İran rəhbərini səfərdə ölkənin iqtisadi-siyasi sahələrində çalışan yüksək səviyyəli nümayandə heyəti müşayiət edir.

Xəbərdə bildirilib ki, o, səfər çərçivəsində İtaliya prezidenti Sergio Mattarella, baş nazir Matteo Renzi, italiyalı iş adamları, Roma Papası Fransisk və Vatikanın baş naziri ilə görüşəcək.

Yanvarın 27-də isə H.Ruhani Fransaya gedəcək. Onun ölkə prezidenti Fransua Olland, hökumət nümayəndələri və iş adamları ilə görüşü gözlənilir.

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.