haberL haberR

Rus “Faqot”u ABŞ “Abrams”ını belə məhv edir (Video)

Kateqoriya: Hərbi Yayımlama tarixi: 25.08.2015 13:26:27

Yəməndə Rus silahı Səudiyyəyə məxsus tankları belə məhv edir

İslamazeri.az-ın “Al-Masirah”-a istinadən verdiyi xəbərə görə, Səudiyyə Ərəbistanının təcavüzünə cavab olaraq Yəmən ordusu və “Ənsarullah” döyüşçüləri Səudiyyə Ərəbistanının Cizan və Nəcran vilayətlərində hərbi əməliyyatlar keçirir. “Ənsarullah” döyüşçülərinin son əməliyyatı nəticəsində Səudiyyə ordusuna məxsus “Abrams M-1” tankları Rusiya istehsalı  olan tank əleyhinə raket sitemi olan “Faqot”-la məhv edilib.

Qeyd edək ki, Yəmən ordusunun silahlanmasında əsas, Rusiya istehsalı olan silahlardır. Tank əleyhinə raket sistemi olan “Faqot” isə qərb istehsalı olan bütün tank və digər zirehli texnikanı asanlıqla məhv edir.

Qeyd edək ki , Səudiyyə Ərəbistanı və müttəfiqlərinin mart ayının 26-dan Yəmənə qarşı başlatdığı təcavüz nəticəsində minlərlə mülki vətəndaş həlak olub, minlərlə vətəndaş isə yaralanıb. Yüz minə yaxın insan öz evlərindən didərgin düşüb. Minlərlə yaşayış binası, məktəb, xəstəxana və digər sosial obyektlər dağıdılıb. Yəməndə humanitar vəziyyət Səudiyyə və müttəfiqlərinin havadan və qurudan tətbiq etdiyi blokada səbəbindən günü-gündən pisləşir. Humanitar təşkilatlar Yəmənə yetərli diqqət ayırmırlar. Dünya ictimaiyyəti bəzi ölkələr çıxmaq şərti ilə Səudiyyə Ərəbistanının bu vəhşiliyinə göz yummaqdadır.

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.