haberL haberR

Rus nazirin Bakı səfərinə - Şərh

Kateqoriya: Münasibət Yayımlama tarixi: 17.08.2016 12:18:30

Demokratik İslahatlar Partiyasının sədri, millət vəkili Asim Mollazadə Rusiyanın müdafiə naziri Sergey Şoyqunun qəfil Azərbaycana və Ermənistana səfər etməsinə münasibət bildirib.

A. Mollazadə “Qafqazinfo”ya açıqlamasında bildirib ki, Rusiya prezidentinin Azərbaycana olan səfərindən sonra hər iki ölkə bir neçə istiqamətdə ilk növbədə isə hərbi sənaye ilə bağlı proqramları həyata keçirməyi nəzərdə tutublar: “Sergey Şoyqu Ermənistana səfər etməklə onu hansısa addımlara məcbur etmək istəyir. Artıq Ermənistan Silahlı Qüvvələri Rusiya Silahlı Qüvvələri ilə birləşir. Bu müəyyən qədər Ermənistanı daha da sərt nəzarətə almaqdır. Bu həm də dünyaya bir mesajdır ki, münaqişənin həlli birbaşa Rusiyanın qərarlarına bağlıdır. Ermənistan demək olar ki, hal-hazırda tam müstəqilliyini itirmiş bir vəziyyətdədir”.

Millət vəkili Xəzər üzəridən Suriyanın vurulması məsələsindən də danışıb. Bildirib ki, Rusiyanın Suriyanı vurmaqla bağlı planları davam edir: “Lakin Rusiya İran bazalarından son vaxtlar əməliyyatlar üçün istifadə edir. İstisna deyil ki, Rusiya Xəzər üzərindən də İrana öz qüvvələrini yerləşdirəcək”.

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.