haberL haberR

Rusiya bu qıza görə Türkiyəyə nota göndərdi

Kateqoriya: Dünya Yayımlama tarixi: 18.06.2015 14:53:03 4002 dəfə oxunub.

Bu haqda Rusiyanın Türkiyədəki səfiri danışıb

İslamazeri.az "Sputnik" informasiya agentliyinə istinadən xəbər verir ki, Rusiyanın Türkiyədəki Səfirliyi İŞİD-ə qoşulmaq üçün Türkiyəyə gəldiyi ehtimal edilən rus tələbə Məryəm İsmyılovanın itməsinə dair Türkiyə Xarici İşlər Nazirliyinə nota göndərib.


Rusiyanın Türkiyədəki Səfirliyinin mətbuat katibi İqor Mityakov "Sputnik" xəbər agentliyinə verdiyi açıqlamada Türkiyə Xarici İşlər Nazirliyinin Məryəm İsmyılovanın Türkiyəyə girişinə dair hələ ki, məlumat vermədiyini bildirib. Jurnalistlərin qızın atası Mənsur İsmayılovun Ankaraya gəlib, gəlmədiyi haqda sualına Mityakov, "Atasının Ankaraya gəlib, gəlmədiyinə dair bizdə hər hansı məlumat yoxdur. O, səfirliyə müraciət etməyib", -deyə cavab verib. 

Rusiyada təhsil alan 19 yaşlı Məryəm İsmayılova 12 iyun tarixində evdən çıxıb və bir daha geri qayıtmayıb. Ailədən verilən məlumatlara görə, Məryəm gizlincə şəxsiyyət vəsiqəsini götürüb Şeremetyevo hava limanından Türkiyəyə gedib.

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.