Rusiya Dövlət Dumasının deputatı Xocalı faciəsi ilə bağlı açıq məktub yayıb

Məktubda qeyd olunur ki, 24 il əvvəl Xocalıda qəddarcasına 613 nəfər qətlə yetirilib, mindən çox adam isə əlil qalıb: "Əsir götürülmüş 1275 nəfərdən 150 nəfərin itkin düşməsi, qaçaraq həyatını xilas etmiş bir milyondan çox məcburi köçkünün olması Xocalının geniş əks-sədasıdır. Bu vaxtadək Azərbaycan dünyaya çağırış edir ki, bu faciənin qurbanları unudulmasın. Xocalının külü hər bir azərbaycanlının ürəyində döyünür. Xocalı qətliamı qurbanlarının anım mərasimləri dünyanın müxtəlif ölkələrində keçirilir və bu, rəmzi məna daşıyır. Xocalı qətliamına oxşar faciələr unudulsa, bu, yeni fəlakətlərə gətirib çıxara bilər. Yalnız dövlət güclü olan zaman vətəndaşlar özlərini təhlükəsiz hesab edə bilərlər. Xocalı faciəsi baş verdiyi gündən müstəqil Azərbaycan möhkəmlənib və güclənib, dünya arenasında oyunçuya və Cənubi Qafqazda sülhün təminatçısına çevrilib. Bu gün azərbaycanlılar rahat ola bilərlər: ölkəsi onları müdafiə edəcək!”.
Məktubda bildirilir ki, Azərbaycan güclü dövlət olaraq intiqam hissi ilə yaşamır, dünyaya multikulturalizm və tolerantlıq ixrac etməklə, Dağlıq Qarabağ probleminin sülh yolu ilə həlli yollarını axtarır: “Azərbaycan bəşəriyyətə öz müraciətini göndərir: Xocalı dünyanın heç bir nöqtəsində təkrarlanmamalıdır!”.
-
Dünyanın ən dərin şirin su gölündən görüntülər Rusiyanın Sibir şəhərinin cənubunda yerləşən bu gölün ən yüksək dərinliyi 1637 metrdən ibarətdir.
-
100 min insan döyüşlərə görə Həma əyalətini tərk edib Kütləvi köçə səbəb Həma əyalətində üsyançılar ilə hökumət qüvvələri arasında baş vermiş silahlı toqquşmalardır.
-
Rusiya Türkiyəni Suriyadakı vəziyyəti gərginləşdirməməyə səsləyir Bu bəyanatı Rusiya Federasiya Xarici İşlər Nazirliyi yayıb.
-
300-ə qədər suriyalı qaçqın Türkiyədən azad edilmiş Cərablus şəhərinə geri dönürlər Qaçqınlar Türkiyənin Miqrasiya Xidmətindəki qeydiyyatdan çıxırlar.
-
Ölümü unutmaq – Ayətullah Behcətin dilində "Bəzilərimiz isə daima ölümü xatırlayır və ona hazırlaşırlar."
-
İraqın baş naziri Mosul şəhərinin azad olunmasıyla bağlı açıqlama verib ABŞ İraqın könüllü xalq dəstələrinin (Həşd əş-Şəbi) Mosul əməliyyatında iştirakından narazıdır.