haberL haberR

Rusiya İrana tank və qırıcı satmağı planlaşdırmır

Kateqoriya: Region Yayımlama tarixi: 19.05.2016 13:24:53

Rusiya Federasiyası İran İslam Respublikasına tank və qırıcı göndərməyi planlaşdırmır

İslamazeri.az Rusiya mediasına istinadən xəbər verir ki, Rusiya Hərbi-texniki əməkdaşlıq üzrə federal xitmətinin başçısı bildirib ki, Rusiya federasiyası İrana tank və qırıcılar göndərməyi planlaşdırmır, hərbi platformalar məhdudiyyətə düşür.

Hərbi-texniki əməkdaşlıq üzrə federal xitmətinin direktoru Aleksandr Fomin hələlik raket və havadan müdafiə sistemlərinin İrana göndərildiyini bildirərək, bu məsələləri BMT-nin razılığı ilə əlaqəli olduğunu bildirib.

"Tanklar, təyyarələr, gəmilər, raketlər hansıki hücum üçün nəzərdə tutulub - BMT-nin sanksiyalarına daxil olan silahlardır", - deyə Fomin bildirib.

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.