haberL haberR

Rusiya prezidenti İŞİD-ə qarşı aparılan mübarizədən danışdı

Kateqoriya: İslam Yayımlama tarixi: 02.10.2015 13:28:02

Rusiya prezidenti İŞİD-i ölkəsinin düşməni olduğunu açıqlayıb

İslamazeri.az-ın “Əl-Aləm”-ə istinadən verdiyi xəbərə görə, Vladimir Putin Rusiyanın Suriya torpaqlarında əməliyyatlara başlaması çərçivəsində etdiyi çıxışı zamanı deyib: “Beynəlxalq terrorla mübarizə aparmaq üçün yeganə yol terorçuların qarşısını almaq üçün atılan addımlardır. Biz onların evlərimizə daxil olmalarını gözləməməliyik. Terror qruplaşmaları Suriya və digər qonşu ölkələrdə artmağa başlayıblar. Hamıya aydın olduğu kimi, bu terorçular müxtəlif Avropa ölkələrindən, eyni zamanda keçmiş SSRİ dövlətlərindən İŞİD-ə qoşulmaqdadırlar. Bu terrorçuların bir müddətdən sonra ölkələrinə geri dönmələrini anlamaq üçün güclü politoloq olmağa ehtiyac yoxdur. İŞİD-in İslamla heçbir əlaqəsi yoxdur.”

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.