haberL haberR

Rusiya S-300 raket kompleksinin ilk partiyasını İrana təhvil verdi

Kateqoriya: Region Yayımlama tarixi: 11.04.2016 12:06:57

Rusiya İrana “Zenit Raket Kompleksi S-300”-ün ilk partiyasını göndərib

İslamazeri.az-ın "RT"-yə istinadən verdiyi xəbərə görə, bu haqda İran xarici işlər nazirliyinin nümayəndəsi Huseyn Cabir Ənsari bildirib.

XİN rəsminin sözlərinə görə, "ZRK S-300”-ün ilk partiyası artıq Rusiyadan İrana çatıb.

“Daha əvvəl biz elan etmişdik ki, bəzi çətinliklərə baxmayaraq, bu müqavilə icra mərhələsindədir. Və bu gün mən bilidirirəm ki, bu qurğunun ilk partiyası artıq İrana gəlmişdir. Növbəti partiyaların göndərilməsi isə gələcəkdə davam edəcəkdir.” , – deyə Ənsari bildirib.

Xatırladaq ki, 900 milyon dollar dəyərində “ZRK S-300”-ün alınması ilə bağlı müqavilə hələ 2009-cu ildə imzalanıb. Lakin BMT-in 2010-cu il, 9 iyun tarixində İrana dair qətnaməyə əsasən, İrana müasir silahların satılması qadağandır. Bundan sonra Rusiya ilə İran arasında hərbi-texniki əməkdaşılığın dayandırılmasına başlansada,  2015-ci ilin aprelində Vladimir Putin bu qadağanı ləğv edib.

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.