Rusiya son 24 saat ərzində məhv etdiyi İŞİD obyektlərini açıqladı (Siyahı, Video)

İslamazeri.az-ın "Spuniknews"-a istinadən verdiyi məlumata görə, Rusiya Müdafiə Nazirliyinin mətbuat katibi İqor Konaşenkov rus döyüş təyyarələrinin Suriyada son 24 saat ərzində keçirilən 53 hava əməliyyatında 55 İŞİD hədəfini vurduğunu açıqlayıb.
Konaşenkov əməliyyatlar zamanı İŞİD-in əlindəki komanda mərkəzləri, hərbi sursat anbarları və terrorçuların nəzarət məntəqələrinin vurulduğunu bildirib.
Əməliyyatların detallarını bölüşən Konaşenkov "SU-34 hərbi təyyarələri İdlibdə terorçuların təlim keçdiyi bir düşərgəni aşkar edib. Aldığımız məlumata görə, bu düşərgə digər ölkələrdən gələn terrorçuların toplanma nöqtəsi kimi istifadə olunurdu", - deyə bildirib.
Rus döyüş təyyarələrinin Lazkiyədə yeraltı sığınacaq və sursat anbarları olan geniş nəzarət nöqtəsini də vurduğunu bildirən Konaşenkov hədəfin tamamilə məhv edildiyini vurğulayıb.
Konaşenkov son 24 saat ərzində keçirilən əməliyyatlarda məhv edilən obyektləri də belə sıralayıb:
1. Möhkəmləndirilmiş bir sığınacaq
2. Yeddi komanda mərkəzi
3. Altı təlim düşərgəsi
4. Altı sursat anbarı.
-
Dünyanın ən dərin şirin su gölündən görüntülər Rusiyanın Sibir şəhərinin cənubunda yerləşən bu gölün ən yüksək dərinliyi 1637 metrdən ibarətdir.
-
100 min insan döyüşlərə görə Həma əyalətini tərk edib Kütləvi köçə səbəb Həma əyalətində üsyançılar ilə hökumət qüvvələri arasında baş vermiş silahlı toqquşmalardır.
-
Rusiya Türkiyəni Suriyadakı vəziyyəti gərginləşdirməməyə səsləyir Bu bəyanatı Rusiya Federasiya Xarici İşlər Nazirliyi yayıb.
-
300-ə qədər suriyalı qaçqın Türkiyədən azad edilmiş Cərablus şəhərinə geri dönürlər Qaçqınlar Türkiyənin Miqrasiya Xidmətindəki qeydiyyatdan çıxırlar.
-
Ölümü unutmaq – Ayətullah Behcətin dilində "Bəzilərimiz isə daima ölümü xatırlayır və ona hazırlaşırlar."
-
İraqın baş naziri Mosul şəhərinin azad olunmasıyla bağlı açıqlama verib ABŞ İraqın könüllü xalq dəstələrinin (Həşd əş-Şəbi) Mosul əməliyyatında iştirakından narazıdır.