haberL haberR

Rusiya Suriyada İŞİD-i belə bombaladı (Yeni Video)

Kateqoriya: Yaxın Şərq Yayımlama tarixi: 09.08.2016 10:18:16

Rus Tu-22M3-ləri Suriyada İŞİD-i belə bombalayıb

İslamazeri.az-ın rus mediasına istinadən verdiyi xəbərə əsasən,  RT telekanalı Tu-22M3  rus bombardmançılarının endirdiyi zərbələrin görüntülərini yayıb. Zərbələr Palmira şəhərinin şərq və cənub-qərb rayonlarında İŞİD terror qruplaşmasının baza və obyektlərinə endirilib.

Əməliyyat nəticəsində idarəetmə məntəqəsi, terrorçuların iri səhra düşərgəsi, yeraltı hərbi-sürsat anbarı, həmçinin 3 hərbi piyada maşını və 12 avtomobil məhv edilib.

Məlumdur ki, əməliyyat uğurlu başa çatmasından sonra bütün təyyarələr yerləşmə aerodromuna geri dönüblər.

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.