haberL haberR

Rusiya tərəfi S-300 raket kompleksinin İrana çatdığını təsdiq etdi

Kateqoriya: Dünya Yayımlama tarixi: 12.04.2016 11:54:42

Dmitriy Roqozin İrana S-300 kompleksinin ilk partiyasının göndərilməsini təsdiqlədi

İslamazeri.az-ın Rusiya mediasına istinadən verdiyi xəbərə görə, Rusiya baş nazirinin müavini  Dmitriy Roqozin bildirib ki, S-300 zenit-raket sisteminin ilk partiyası artıq İrana göndərilib. Onun sözlərinə görə, çatdırılma yerinə yetirildikdən sonra, İran beynəlxalq arbitraj məhkəməsində Rusiyaya qarşı qaldırdığı iddianı geri götürəcək.

“Bəli, bu çatdırılma rusiyalı və iranlı mütəxəssislərin hazırladıqları logistik marşrutla yerinə yetirilir. Və ilk partiyanın çatdırılmasından sonra, onlar beynəlxalq arbitraj məhkəməsində Rusiyaya qaldırdıqları iddianı geri götürəcəklər. İran parlamentində - Məclisdə iddianın geri götürülməsi artıq razılaşdırılıb.” – deyə Roqozin bildirib.

Rusiya ilə İran arasında 2007-ci ildə, 900 milyon dollar həcmində S-300 kompleksinin alınmasına dair müqavilə imzalanmışdı. Lakin, BMT-in 2010-cu il, 9 iyun tarixli qətnaməsinə əsasən, İrana müasir silahları satışı qadağan edildi. Bundan sonra İran Rusiya arasında hərbi-texniki əməkdaşlığın dayandırılmasına başlandı. 2015-ci ilin aprelində, Rusiya Federasiyası prezidenti Vladimir Putin İrana S-300 kompleksinin satılması qadağasını ləğv etdi.

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.