haberL haberR

Rusiya və Suriya Hələbdə xilasetmə üzrə geniş əməliyyat başladıb (Təfərrüat)

Kateqoriya: Yaxın Şərq Yayımlama tarixi: 29.07.2016 11:34:38

"Əməliyyat Rusiya prezidentinin tapşırığı və onun təşəbbüsü ilə keçirilir"

İslamazeri.az-ın RİA-ya istinadən verdiyi xəbərə əsasən, rusiyalı hərbçilər və rəsmi Dəməşq Hələbin dinc sakinlərinin xisal edilməsi üzrə irimiqyaslı əməliyyata başlayıb.

Humanitar dəhlizlər

Əməliyyatın başlaması haqqında Rusiya müdafiə naziri Sergey Şoyqu bildirib. Onun sözlərinə görə, dinc sakinlərin və silahı yerə qoymaq istəyən yaraqlıların şəhərdən çıxması üçün 3 humanitar dəhliz yaradılacaq. Onların yerləşdiyi rayonlarda isti qida və tibbi yardım məntəqələri açılacaq. Kastello yolu istiqamətindəki daha bir dəhliz isə silahlı döyüşçülərin keçidi üçün nəzərdə tutulacaq: “Biz bu addımı sırf Hələb sakinlərinin təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə atırıq.”, – deyə Şoyqu bildirib və qeyd edib ki, ABŞ hələ də “Nusra Cəbhəsi” və "Azad Suriya Ordusu"nun ayrılması (parçalanması) haqqında məlumatları təqdim etməyib.
Bundan əlavə, Şoyqu hava yolu ilə Hələbə ərzaq, dərmanların və ilk zərurət əşyalarının çatdırılmasını tapşırıb.
Daha sonra Hələbin qubernatoru Məhəmməd Mərvan Əlbi bildirib ki, 3 humanitar dəhliz artıq açılıb.

Yaraqlıların amnistiyası
Rusiya müdafiə naziri həmçinin Suriya hökumətini silahı yerə qoymuş yaraqlıların amnistiya və bağışlanmasına səsləyib. Prezident Bəşər Əsəd üç ay ərzində təslim olacaq bütün yaraqlıların amnistiya edilməsi barədə əmr verib.
Suriya hökuməti Hələbdə şəhərdən təhlükəsiz çıxış yolunu göstərən vərəqələr yaymağa başlayıb. Suriya HHQ-in təyyarələri onları terrorçular tərəfindən tutulmuş kvartalların üzərindən səpələyib. Həmçinin dəhlizlərin yerinin ətraflı göstərildiyi xəritələr də atılıb.
Hökumət ordusunun mühasirəsində olan yaraqlıların bir qismi artıq təslim olmaq niyyətində olduqlarını bildirib.
Beynəlxalq humanitar təşkilatların reaksiyası
Rusiya müdafiə naziri həmçinin beynəlxalq təşkilatları humanitar əməliyyata qoşulmağa çağırıb.
Bu çağırışa “Sərhədsiz Həkimlər” cavab verib. Bu təşkilatın Rusiyadaki təmsilçisi Evald Stals "Sputnik" agentliyinə “şərait haqda dəqiq və müfəssəl məlumat almaq üçün” Müdafiə Nazirliyi ilə əlaqəyə girməyə hazır olduğu barədə bildirib.
Beynəlxalq Qırmızı Xaç Komitəsindən (BQXK) əməliyyatın başlanması haqda qərarı müsbət adlandırıblar: "Lakin humanitar dəhlizlər yaxşı planlaşdırılmış və bütün tərəflərdən olan bütün iştirakçıların razılığı ilə həyata keçirilməlidir", - deyə BQXK bildirib.
Hücum yox, humanitar əməliyyat
Kremldə qeyd ediblər ki, Hələbdəki əməliyyat hərbi yox, məhz humanitar yardımdır. “Siz hardansa bunun hücuma hazırlıq olduğunu eşitmisiniz? Siz eşitməmisiniz. Bu humanitar əməliyyatın hazırlığıdır. Buna şübhə altına almaq üçün heç bir əsas yoxdur.”, – deyə Rusiya hökumət başçısının mətbuat katibi Dmitri Peskov bildirib.
"Əməliyyat Rusiya prezidentinin tapşırığı və onun təşəbbüsü ilə keçirilir", - deyə Peskov qeyd edib. O, əlavə edib ki, bu mövzu ətraflı şəkildə həm Suriya hakimiyyəti, həm də ABŞ ilə müzakirə edilib.
Hələbdə nə baş verir
Cümə axşamı günü Suriya ordusu könüllülərin dəstəyi ilə terrorçuların iri istinadgahının yerləşmiş olduğu Bəni-Zeyd kvartalını öz nəzarəti altına götürüb. Terroçuların böyük hissəsi qaçıb, müqavimət göstərənlər öldürülüb, digərləri isə təslim olublar.
Bununla belə, KİV-lər bildirir ki, terrorçuların nəzarətində qalan digər kvartallarda terrorçular dinc sakinlərə hərbi əməliyyatlar zonasını tərk etməyi qadağan edib.
Bundan başqa, terrorçular Bustan-əl-Kəsar dəhlizi ilə çıxmış insanları atəşə tutublar. Bununla əlaqədar olaraq dəhliz cümə günü səhər saatlarınadək bağlanıb.
Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.