Rusiya vətəndaşı Azərbaycanda üzr istəyib

İslamazeri.az xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin Mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev məlumat verib.
O deyib ki, məktubda Artemiy Lebedev 2010-cu ilin iyul ayında Azərbaycan Respublikasının işğal olunmuş ərazilərinə səfər etdiyini və bu səfər ilə bağlı əvvəlcədən Azərbaycan Respublikasının aidiyyəti təşkilatlarından rəsmi icazənin alınmasına dair məlumatsız olduğunu qeyd edərək, Azərbaycan Respublikasının ərazi bütövlüyü və suverenliyinə, qanunlarına hörmətini ifadə edib və işğal olunmuş ərazilərə səfərinə görə Azərbaycan xalqından üzr istəyib.
Artemiy Lebedev gələcəkdə Azərbaycan Respublikası ilə razılaşdırmadan işğal olunmuş ərazilərə səfərdən çəkinəcəyini vurğulayaraq, adının arzuolunmaz şəxslər siyahısından çıxarılmasını xahiş edib.
Artemiy Lebedevin müraciəti müvafiq qaydada baxıldıqdan sonra onun adı arzuolunmaz şəxslər siyahısından çıxarılıb.
-
Dünyanın ən dərin şirin su gölündən görüntülər Rusiyanın Sibir şəhərinin cənubunda yerləşən bu gölün ən yüksək dərinliyi 1637 metrdən ibarətdir.
-
100 min insan döyüşlərə görə Həma əyalətini tərk edib Kütləvi köçə səbəb Həma əyalətində üsyançılar ilə hökumət qüvvələri arasında baş vermiş silahlı toqquşmalardır.
-
Rusiya Türkiyəni Suriyadakı vəziyyəti gərginləşdirməməyə səsləyir Bu bəyanatı Rusiya Federasiya Xarici İşlər Nazirliyi yayıb.
-
300-ə qədər suriyalı qaçqın Türkiyədən azad edilmiş Cərablus şəhərinə geri dönürlər Qaçqınlar Türkiyənin Miqrasiya Xidmətindəki qeydiyyatdan çıxırlar.
-
Ölümü unutmaq – Ayətullah Behcətin dilində "Bəzilərimiz isə daima ölümü xatırlayır və ona hazırlaşırlar."
-
İraqın baş naziri Mosul şəhərinin azad olunmasıyla bağlı açıqlama verib ABŞ İraqın könüllü xalq dəstələrinin (Həşd əş-Şəbi) Mosul əməliyyatında iştirakından narazıdır.