haberL haberR

Rusiyada itkin düşmüş mer tapıldı

Kateqoriya: Region Yayımlama tarixi: 19.04.2015 15:50:29

Rusiya Federasiyası Mari El Respublikasının paytaxtı Yoşkar Olanın itkin düşmüş meri Pavel Plotnikov tapılıb

İslamazeri.az-ın APA-ya istinadən məlumatına görə, Daxili İşlər Nazirliyinin Mari El Respublikası üzrə Baş İdarəsindən bildirilib ki, P. Plotnikov sağdır, ailəsinin əhatəsindədir, səhhətində hər hansı problem yoxdur.

Bildirilir ki, P. Plotnikov ailəsinə xəbər vermədən dostları ilə həftə sonu istirahət etməyə gedib.

Yoşkar Ola merinin itkin düşməsi barədə polisə həyat yoldaşı bildirib.

O, aprelin 17-dən 18-nə keçən gecə polis bölməsinə gələrək, həyat yoldaşının sonuncu dəfə Yoşkar Oladakı İnşaatçılar küçəsinə getdiyini, ondan sonra barəsində heç bir məlumat ala bilmədiyini bildirib.

Şəhərin bütün post-patrul, dövlət avtonəqliyyat və xüsusi mühafizə xidmətinin əməkdaşları merin axtarışlarına cəlb olunub.

P. Plotnikov 31 oktyabr 2014-cü ildən Yoşkar Ola şəhərinin meridir.

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.