haberL haberR

Rusiyada “Skype”ın analoqu yaradılacaq

Kateqoriya: Texnologiya Yayımlama tarixi: 21.10.2014 11:39:47

“Rostelekom” marşrutizasiya qaydalarını pozmadan işləyən messencerin yaradılması üzrə tender elan edib

İslamazeri.az-ın “ICTnews”-a istinadən verdiyi xəbərə görə, “Rostelekom” “Skype”ın analoqu olacaq bu messencerin hazırlanmasını nəzərdə tutan müqavilənin qiymətinin maksimum 73 milyon rubl təşkil edəcəyini bildirib.
 
Operator bu VoIP-servisi 2015-ci ilin birinci yarısında istifadəyə vermək niyyətindədir.
 
Artıq “Technoserv”, “CTI”, “Teligent” və “Inlain Telecom Solutions” şirkətləri tenderdə iştirak üçün müraciət ediblər.
 
Tenderin nəticələri noyabrın 6-da elan ediləcək.

İstifadəçilər telefon abunəçiləri ilə əlaqə saxlamaq üçün real telefon nömrəsi alacaqlar və planşetdən mobil və şəhər nömrələrə zəng edə biləcəklər. Xidmətə şəhər telefonunun nömrəsini də əlavə etmək və onu mobil nömrə kimi istifadə etmək olar.

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.