haberL haberR

Rusiyada tanınmış müxalifətçi deputat Boris Nemtsov qətlə yetirildi

Kateqoriya: Kriminal Yayımlama tarixi: 28.02.2015 2:07:01

Rusiya paytaxtında tanınmış müxalifətçi avtomat silahla qətlə yetirilib

İslamazeri.az-ın Rusiya mediasına istinadən verdiyi xəbərə görə, Rusiya paytaxtında tanınmış müxalifətçi siyasətçi Boris Nemtsov avtomat silahla qətlə yetirilib.

Verilən məlumata görə, ona naməlum ağ avtomobildən avtomat silahla atəş açıblar.

Üzvü olduğu Respublikan Rusiya partiyası - Xalq azadlıq partiyasından da bu faktı təsdiqləyiblər.

Hazırda cinayətkarların axtarışı istiqamətində hüquq mühafizə orqanları  geniş miqyaslı əməliyyat keçirirlər.

Qeyd edək ki,  Boris Nemtsov  Yaroslavl əyalət dumasının deputatı olub.

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.