haberL haberR

Rusiyada türk diplomatlar qəzaya düşdü

Kateqoriya: Dünya Yayımlama tarixi: 21.09.2015 11:42:32

Yol qəzasında 2 diplomat həyatını itirib.

İslamazeri.az-ın "Sputniknews"a istinadən verdiyi məlumata görə Rusiyanın Sankt-Peterburq vilayətində içində iki türkiyəli diplomatın olduğu bir maşın qəzaya uğrayıb. Yol nəqliyyat hadisəsi nəticəsində maşında olanların hər ikisi həyatını itirib.
"RİA Novosti" agentliyi də şənbə günü axşam saatlarında Sankt-Peterburq bölgəsində hərəkət edən diplomatik nömrəli avtomobil ilə yük maşınının toqquşması barədə məlumat yayıb.
Türkiyənin Moskvadakı səfirliyi qəza xəbərini təsdiqləyib.
Səfirlikdən "İki diplomatımızın öldüyünü rəsmi olaraq təsdiq edirik. Sankt-Peterburqdakı konsul qəzayla əlaqədar yerli idarəetmə orqanlarıyla məsələnin araşdırılması ilə məşğuldur",- deyə bildirilib.

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.