haberL haberR

Rusiyadan Hizbullaha siyasi əməkdaşlıq təklifi

Kateqoriya: Siyasət Yayımlama tarixi: 18.11.2014 14:30:58 1982 dəfə oxunub.

Rusiya Livanın sabitliyi üçün Hizbullahla əməkdaşlığa hazır olduqlarını açıqlayıb.

İslamazeri.Az saytının verdiyi xəbərə görə, Rusiya Xarici İşlər Nazirinin Müavini Mixail Boqdanov, Rusiyanın Hizbullahın Livanın siyasi həyatında mühüm və konstruktiv bir güc olacağına inandığını deyib.

O, Rusiyanın mövcud regional şəraitdə Livana siyasi dəstək verdiyini vurğulayıb.

Rusiya rəsmisi həmçinin "Hizbullah, Livanda mühüm bir siyasi qüvvədir. Moskva Livanın və regionun təhlükəsizlik və sabitliyi üçün Hizbullahla əməkdaşlıq etməyə hazırdır" -deyə bildirib.

Suriyada baş verən proseslərə də toxunan Mixail Boqdanov, Rusiyanın Suriyadakı milli müxalif partiyalarla də yaxın münasibətlərə malik olduğunu dilə gətirib və bildirib ki, "Suriyada hakimiyyət dəyişikliyi bu ölkədəki böhranı həll etməyəcək, əksinə qarşıdurma və zorakılığın davam etməsinə səbəb olacaq."

Suriyadakı böhranın daxili dialoqla həll olunacağına inandıqlarını bildirən Boqdanov, Rusiyanın Fələstinə də dəstəyinin mütləq olduğunu vurğuladı və Fələstindəki milli uzlaşmanın zəruri olduğunu deyib.

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.