haberL haberR

Rusiyadan Homsda növbəti əməliyyat: “Əhrar aş-Şam” liderlərindən olan Əbu Bəkr Şişani məhv edilib

Kateqoriya: Dünya Yayımlama tarixi: 15.10.2015 23:21:17

“Əhrar aş-Şam” terror qruplaşmasının lideri çeçen əsilli Əbu Bəkr Əş-Şişani məhv edilib

Rusiya Hava Qüvvələrinin  Suriyanın Homs əyalətində keçirdiyi hava əməliyyatı nəticəsində “Əhrar aş-Şam” terror qruplaşmasının lideri çeçen əsilli Əbu Bəkr Əş-Şişani məhv edilib.

İslamazeri.az-ın APA-ya istinadən verdiyi xəbərə görə,  bu açıqlamanı “RİA Novosti”yə Suriyadakı hərbi mənbə verib.

 “Oktyabrın 14-də Rusiya aviasiyasının Suriyanın Homs əyalətində endirdiyi zərbələr nəticəsində “Əhrar aş-Şam” terror qruplaşmasının lideri çeçen əsilli Əbu Bəkr Əş-Şişani bir qrup silahlı ilə birlikdə məhv edilib”, deyə mənbə bildirib.

 Bundan əvvəl SANA agentliyi “Əhrar Əş-Şam” qruplaşmasının digər lideri şeyx Ömər Mustafa Əl-Xodranın və onun “sağ əli” Xalid Əbu Anasın Suriya ordusu tərəfindən məhv edildiyini bildirmişdi.

 Qeyd edək ki, “Caiş əl-Fəth” təşkilatının tərkibindəki “Əhrar Əş-Şam” qruplaşması “Cəbhə ən-Nusra”dan sonra ikinci ən böyük terror qruplaşması hesab edilir. Bu ilin yazında “Əhrar Əş-Şam” qruplaşması Suriyanın şimalında Erih, İdlib və Cisr əş-Şuğura şəhərlərinin işğalında, yerli sakinlərin kütləvi edamında iştirak edib.

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.