Rusiyalı general: Rusiya və İranın Həmədan avibazasının istifadə edilməsinə dair fikir ayrılığı yoxdur (Təfərrüat)

İslamazeri.az-ın rus mediasına istinadən verdiyi xəbərə əsasən, Geosiyiyasi Problemlər Akademiyasının prezidenti, general-polkovnik Leonid İvaşov cümə günü bildirib ki, rəsmi Moskva və rəsmi Tehran arasında İranın Həmədan aviabazasının Rusiya Hava-Kosmik Qüvvələri (HKQ) tərəfindən istifadə edilməsi səbəbi ilə bağlı fikir ayrılığı yoxdur. Bu sahədəki qarşılıqlı təsir təcrübəsi Hərbi Dəniz Qüvvələri (HDQ) xətti üzrə əməkdaşlığın aktivləşməsi haqqında düşünməyə məcbur edə bilər.
“Bu (Həmədan üzrə əməkdaşlıq), ilk növbədə, ən çox İran tərəfinə və hərbçilərə sərfəlidir. Bizim orada olmaq hüququmuzun olduğu zamandakı şəraitdə, bir neçə il öncəki kimi, amerikalılar və ya israillilər İrana zərbə hazırlayacaqlar mı? Bu İran İslam Respublikası üçün hərbi təhlükəsizlik səviyyəsini artırır.”, - deyə İvaşov bildirib.
Bununla yanaşı o qeyd edib ki, “hərbi mühitdə heç bir fikir ayrılığı yoxdur”. “(İran və Rusiya Federasiyası arasında) fikir ayrılığını asılı jurnalistlərin arasında axtarın.”, - deyə mütəxəssis qeyd edib.
Onun sözlərinə görə, o gözləyir ki, “Rusiya təyyarələri – “suşkalar” – İran hərbçilərinin xoşuna gələcək”. Həmədan aviabazası üzrə əməkdaşlığın qiymətləndirilməsindən sonra “ yəqin Rusiya Federasiyası və İran dənizçiləri də birgə təlimlər keçirməyə dair fikrə gedəcəklər”.
Xatırladaq ki, ötən həftə Rusiya HKQ ilk dəfə olaraq İranın Həmədan aviabazasından İŞİD və "Nusra Cəbhəsi" terror təşkilatlarının obyektlərinə zərbələr endirmək üçün istifadə ediblər. Daha əvvəl Rusiya Federasiyası HKQ Suriyada yerləşən Xmeymim aerodromunda yerləşmiş qüvvələr ilə zərbələr endirirdilər.
Az bir zaman sonra Rusiya Federasiyası Müdafiə Nazirliyi bildirib ki, Suriyadakı terrorçuların obyetklərinə İrandakı aviabazadan hava zərbələri endirmiş Rusiya HKQ təyyarələri Rusiya Federasiyası ərazisinə geri dönüblər. Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi İqor Konaşenkov bildirirdi ki, Rusiya Federasiyası HKQ tərəfindən İrandaki Həmədan aviabazasının gələcək istifadəsi terrorizmlə mübarizə üzrə qarşılıqlı razılıqlar və Suriyadakı vəziyyətin halından asılı olaraq həyata keçiriləcək.
Həmçinin bax: İran Rusiyanı icazəsiz məlumat yaydığına görə qınayıb
-
Dünyanın ən dərin şirin su gölündən görüntülər Rusiyanın Sibir şəhərinin cənubunda yerləşən bu gölün ən yüksək dərinliyi 1637 metrdən ibarətdir.
-
100 min insan döyüşlərə görə Həma əyalətini tərk edib Kütləvi köçə səbəb Həma əyalətində üsyançılar ilə hökumət qüvvələri arasında baş vermiş silahlı toqquşmalardır.
-
Rusiya Türkiyəni Suriyadakı vəziyyəti gərginləşdirməməyə səsləyir Bu bəyanatı Rusiya Federasiya Xarici İşlər Nazirliyi yayıb.
-
300-ə qədər suriyalı qaçqın Türkiyədən azad edilmiş Cərablus şəhərinə geri dönürlər Qaçqınlar Türkiyənin Miqrasiya Xidmətindəki qeydiyyatdan çıxırlar.
-
Ölümü unutmaq – Ayətullah Behcətin dilində "Bəzilərimiz isə daima ölümü xatırlayır və ona hazırlaşırlar."
-
İraqın baş naziri Mosul şəhərinin azad olunmasıyla bağlı açıqlama verib ABŞ İraqın könüllü xalq dəstələrinin (Həşd əş-Şəbi) Mosul əməliyyatında iştirakından narazıdır.