haberL haberR

Rusiyanın Xakasiya vilayətində 1200 ev yanıb, 15 nəfər həlak olub

Kateqoriya: Dünya Yayımlama tarixi: 13.04.2015 11:44:59

Xakasiya vilayətində 60 min ev yanğından mühafizə edilib

İslamazeri.az-ın “İtar-tass”-a istinadən verdiyi xəbərə görə, Rusiya Federasiyasının Xakasiya vilayətində baş verən yanğında həlak olanların sayı 15-ə çatıb.

Xakasiya xəstəxanalarına ümumilikdə 613 nəfər müraciət edib, onlardan 78 hospitala yerləşdirilib. 8 nəfərin vəziyyətinin ağır olduğu bildirilir. 533 nəfərə ilkin tibbi yardım göstərildikdən sonra ambulator müalicəyə göndərilib.

Rusiya Federasiyası Fövqəlada Hallar Nazirliyinin əməkdaşları Xakasiyada 350 min nəfər əhalinin yaşadığı  60 min evi yanğından mühafizə ediblər. RFFHN rəsmisinin sözlərinə görə, Xakasiyada bütün yanğın ocaqları söndürülüb. Xakasiyada baş verən yanğın nəticəsində 38 yaşayış məntəqəsində 1205 ev tamamilə yanıb, 2000 nəfər evsiz qalıb.

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.