haberL haberR

Rzayi: İŞİD İsrailin təhlükəsizliyini təmin edir

Kateqoriya: Region Yayımlama tarixi: 14.05.2016 12:28:15

İran Məsləhət Şurasının katibi İŞİD-in addımlarının İsrailə xidmət olduğunu bildirib

İslamazeri.az-ın "Tabnak"a istinadən verdiyi xəbərə görə, İran Məsləhət Şurasının katibi Möhsen Rzayi bildirib ki, təkfirçi və terrorçu qruplaşmaların yayılması, regionda təklükəsizliyin pozulması və İsrailin təhlükəsizliyinin təmin olunmasına şərait yaradır.

 “İŞİD təkfirçi qruplaşması imperializmin uşağıdır.  Ekstremist qruplaşmaların regionda yayılması İsrailin təhlükəsizliyi üçün əlverişli şərait yaradır.”, - deyə Rzayi qeyd edib.

Onun sözlərinə görə, minlərlə yəmənli kişi, qadın və uşaqların Səud bombardmanı nəticəsində  öz evlərinin dağıntıları altında basdırılması, “cahillik dövründəki diri-diri basdırılmanın” xatırlatmasıdır.

 “Müsəlmanlar din düşmənlərinin sövdələşmələrindən çəkinməlidirlər. İrana qarşı hərbi və siyasi müharibədə uğursuzluğa uğrayan düşmənlər, bu gün İrana qarşı sanksiyalar və iqtisadi təzyiq vasitəsi ilə İranı diz çökdürmək istəyirlər.”, -deyə İran Məsləhət Şurasının katibi əlavə edib.

O, bildirib ki, düşmənlərin bu iqtisadi provokasiyalarına qarşı effektiv mübarizə yolu, “iqtisadi müqavimət” yolunu izləməkdir.

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.