haberL haberR

Sabah Bakıda növbəti Quran gecəsi keçiriləcək

Kateqoriya: İslam Yayımlama tarixi: 26.09.2015 15:07:00

Mərasim Hacı Cavad məscidində keçiriləcək

Bakıdakı Hacı Cavad məscidində növbəti Quran Gecəsi keçiriləcək. 

Bu barədə SalamNews-a Məscidin dini icmasından məlumat verilib.

Bildirilib ki, mərasim sentyabrın 27-də Hacı Cavad məscidində axşam namazından sonra başlayacaq.

Mərasimdə tanınmış Quran qariləri, ziyalılar, o cümlədən ilahiyyatçı alimlər iştirak edəcəklər.

Qeyd edək ki, bundan əvvəl Hacı Cavad məscidində Quran Gecəsi keçirilib.

Məsciddən bildirilib ki, belə mərasimləri keçirməkdə məqsəd insanların müqəddəs kitaba olan maraq və sevgisini artırmaqdır.

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.