haberL haberR

Sabah Bakının bəzi hissələrində qaz olmayacaq

Kateqoriya: Sosial Yayımlama tarixi: 02.09.2016 09:17:13

Sentyabrın 2-də Abşeron və Siyəzən magistral qaz kəmərləri sahələrində cari təmir işləri aparılacaq.

İslamazeri.az SOCAR-ın saytına istinadən bildirir ki, sabah saat 10:00-dan 17:00-dək “Qaz İxrac” İdarəsinin Abşeron magistral qaz kəmərləri sahəsinin “Keşlə”, həmçinin Siyəzən magistral qaz kəmərləri sahəsinin “Altıağac” və “Xızı” qazpaylama stansiyalarında, eləcə də bəzi ölçü qovşaqlarında cari təmir işləri aparılacaq.

Təmir müddətində Bakı şəhəri Xətai rayonunun Keşlə və NZS qəsəbələrinin qaz təchizatında məhdudiyyətlər olacaq. Aparılan işlərin Xızı rayonun bir hissəsinin qaz təchizatına təsir göstərməsi də mümkündür.

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.