haberL haberR

Sabah Bakının bu ərazisində su olmayacaq

Kateqoriya: Ölkə Yayımlama tarixi: 29.08.2016 17:57:48

“Azərsu” məhdudiyyət qoyulacaq ərazilərin adlarını açıqladı.

Sabah Bakı şəhərinin Yasamal rayonunda içməli su problemi olacaq.

“Azərsu” ASC-nin ictimaiyyətlə əlaqələr şöbəsindən verilən xəbərə görə, Yasamal rayonu ərazisində yeni çəkilən magistral su xəttinin mövcud sistemlərə birləşdirilməsi ilə əlaqədar avqustun 30-da gün ərzində C.Hacıbəyli, Ü.Bünyadzadə, Dəmirçizadə, F.Əsədov, C.Zeynalov, Q.Pirimov, Mərdanov qardaşları, S.Vurğun küçələri ətrafında olan ərazilərə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.

Yaranacaq narahatlıqla əlaqədar “Azərsu” abonentlərdən üzr istəyir.

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.