haberL haberR

Sabah metropoliten gecə saat 1-ə kimi işləyəcək

Kateqoriya: Sosial Yayımlama tarixi: 30.09.2015 12:39:07

Bildirilir ki, buna səbəb "Qarabağ" oyununun saat 12-yə kimi davam edəcəyidir

“Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev bildirib ki, “Qarabağ” futbol komandasının sabah “Anderlext” klubu ilə keçirəcəyi oyun gecə saat 12-də bitəcəyi üçün klub metronun bağlanış saatının artırılması ilə bağlı Bakı Metropoliteninə müraciət edib.

Bunu nəzərə alaraq metronun saat 1-ə qədər işləməsinə qərar verilib”.

N.Paşayev oyundan sonra “Gənclik” metrostansiyasında baş verə biləcək sıxlıqla əlaqədar futbolsevərlərə müraciət edərək xahiş edib ki, onlar yaxın olan “28 May” və “ Nəriman Nərimanov” stansiyalarından da istifadə etsinlər.

“Gənclik” metrostansiyası Tofiq Bəhramov adına stadiona yaxın olduğu üçün orada sıxlıq olacaq. Ona görə də təhlükəsizlik tədbirləri ilə əlaqədar biz sərnişinləri metroya hissə-hissə buraxacağıq”. (oxu.az)

 

Əhmədov Qafar / İslamazeri

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.