haberL haberR
Martın 29-da Azərbaycan Respublikasında yay vaxtına keçiləcək

Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsindən islamazeri.az-a verilən məlumata görə, Nazirlər Kabinetinin “Azərbaycan Respublikası ərazisində yay vaxtının tətbiq edilməsi haqqında” 17 mart 1997-ci il tarixli qərarına əsasən, mart ayının sonuncu bazar günü, yəni martın 29-da saat 04:00-da əqrəblərin bir saat qabağa çəkilməsi ilə yay vaxtına keçiləcək.

Qeyd edək ki, hər il oktyabr ayının son bazar günü isə saat 05:00-da əqrəblərin bir saat geri çəkilməsi ilə yay vaxtı ləğv edilir.

Qərarın həyata keçirilməsinə nəzarəti Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi həyata keçirir.

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.