haberL haberR

Bu gündən bəzi marşrutların hərəkət istiqaməti dəyişdirilir (Siyahı)

Kateqoriya: Sosial Yayımlama tarixi: 13.09.2015 20:26:00

Yeni tədris ilinin başlaması ilə əlaqədar avtobus sayının artırılacağı gözlənilir
Sabahdan Bakıda bəzi marşrut avtobuslarının xətlərində dəyişikliklər olunacaq.
 
Nəqliyyat Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən daxil olan məlumata görə, “BakuBus” MMC-nin  5 saylı marşrut avtobusunun fəaliyyətə başlaması ilə əlaqədar mövcud marşrut avtobuslarının xətlərində dəyişikliklər olunacaq.
 
Yeni 5 saylı marşrut avtobusunun hərəkət istiqaməti  N. Nərimanov metro stansiyası – Təbriz küçəsi – Azadlıq prospekti – 28 may metro stansiyası – Puşkin küçəsi – Azadlıq prospekti – Zərifə Əliyeva küçəsi – Ə. Yaqubov küçəsi – 20-ci sahə olacaq.  Bu səbəbdən mövcud xətt üzrə hərəkət edən 20 və 24 saylı marşrut avtobusları xətdən kənarlaşdırılacaq.
 
Qeyd edək ki, “BakuBus” MMC-yə məxsus 5 saylı marşrut avtobusu 2 gün test rejimində 8 avtobusla fəaliyyət göstərib. Sabahdan etibarən isə 20-dən artıq avtobus mövcud marşrut xətti ilə fəaliyyət göstərəcək.
 
Yeni tədris ilinin başlanması ilə əlaqədar sərnişin sıxlığı nəzərə alınaraq yeni 5 saylı marşrut avtobusunun  istiqaməti üzrə hazırda fəaliyyət göstərən 37 və 88 saylı marşrut avtobuslarının isə hələlik mövcud hərəkət istiqamətləri saxlanılıb.
 
Hərəkət istiqaməti Avtovağzal - 20 yanvar m/s – Badamdar qəs. -  Səbail meydanı  - 20-ci sahə olan əvvəlki 5 saylı marşrut avtobusunun isə nömrəsi dəyişdirilərək 53 nömrəsi ilə əvəz olunub. Yəni əvvəlki  5 saylı marşrut sabahdan etibarən 53 saylı marşrut adı ilə sərnişinlərə xidmət göstərəcək.
Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.