haberL haberR

Sabiq icra başçısının həbsi barədə yeni açıqlama

Kateqoriya: Xəbərlər Yayımlama tarixi: 15.10.2015 17:52:09

O, Tərtərin icra başçısı idi

Tərtər rayonunun keçmiş icra başçısı Sərdar Həmidov polis şöbəsinə çağırılıb. Onu Tərtərin Mamırlı kəndində oğlu Şəhriyar Məcidzadənin seçki təşviqatı zamanı bələdiyyə sədri Kamal Quliyevə xəsarət yetirməsi ittihamı ilə bölməyə çağırıldığı bildirilir. Dünən saat 19:00 radələrində polis bölməsinə çağırılan Qarabağ qazisindən bələdiyyə sədrinin şikayəti əsasında izahat alındığı bildirilir.

Məlumatı dəqiqləşdirmək üçün Sərdar Həmidovun oğlu Şəhriyar Məcidzadə ilə əlaqə saxladıq. İslamazeri.az-ın xəbərinə görə, 95 saylı Tərtər seçki dairəsindən millət vəkilliyinə namizəd Şəhriyar Məcidzadə Hafta.az-a açıqlamasında bildirib ki, artıq Sərdar Həmidov elə dünən axşam polis şöbəsindən buraxılıb:

“İzahat alıblar. Guya mübahisə zəmində mənim atam Tərtərin Mamırlı kəndinin bələdiyyə sədrinə xəsarət yetirib. O, atam barəsində polisə belə bir şikayət yazıb. İntəhası, həmin bələdiyyə sədri iki mənim atam boydadı. Atam ona necə xəsarət yetirə bilər ki?! Aydın məsələdir ki, bu seçki prosesinə kölgə salmaq üçündür. Bilirlər ki, mənim görüşlərim kütləvi keçirilir. Ona görə də bu cür yöntəmlərlə mənə təzyiq etməyə çalışırlar. Həmin bələdiyyə sədri kənarda dayanaraq mənim görüşümə gələn adamların şəklini çəkir. Bu birbaşa cinayət məsuliyyətidir”.

Şəhriyar Məcidzadə bu işin sonuna kimi gedəcəyini də vurğulayıb:

“Bu gün mən həm DSK-ya, həm də respublika prokurorluğuna müraciət ünvanlayacağam. Bələdiyyənin, icra nümayəndəliklərinin seçki prosesinə kənardan müdaxiləsi yolverilməzdir. Bələdiyyə sədri də şəkilləri çəkdikdən sonra görüşə gələn adamları çağırıb danlayırlar, hədə-qorxu gəlirlər.  Bu insidentə onların özləri təhrik edirlər. Sonra da şikayət ərizəsi yazırlar. Bununla da rayonun olan-qalan problemlərini ört-basdır etməyə çalışırlar. İstəyirlər ki, seçki prosesinə kölgə salsınlar”.

Tərtər rayon polisinə müraciət etsək də, bu mövzuda açıqlama vermək istəmədilər.

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.