haberL haberR

Sabiq nazirə qarşı qanunsuz dinləmə ittihamı

Kateqoriya: Xəbərlər Yayımlama tarixi: 03.06.2016 09:51:24

Naxçıvanın sabiq milli təhlükəsizlik naziri Vəli Əsgərova qarşə yeni itiham irəli sürülüb.

Bu haqda “Yeni Müsavat”a onun vəkili Vüqar Xasayev bildirib. Onun sözlərinə görə, V.Əsgərovla mayın 24-də görüşüb. “Mən Vəli Əsgərova təqdim olunanda ona yeni məzmunda ittihamlar verildi. İlk əvvəl Vəli Əsgərova qarşı Cinayət Məcəlləsinin 179.3.2 (dövlət əmlakını mənimsəmə), 308.1 (qulluq mövqeyindən sui-istifadə etmə) və 309.1 (vəzifə səlahiyyətlərini aşma) maddələri ilə ittiham irəli sürülmüşdü. Həmin gün isə yeni maddələr də əlavə olundu. 308.1 maddəsini 308.2-yə, 309.1 maddəsini 309.2-yə keçirməklə maddələri ağırlaşdırdılar. Vəli Əsgərova telefon danışıqlarını qanunsuz dinləmə - 302.2 maddəsi ilə də ittiham elan olundu”.

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.