haberL haberR

Sabirabadda dəhşətli qətl törədilib

Kateqoriya: Kriminal Yayımlama tarixi: 24.08.2015 17:40:07

Hər iki şəxsin iki azyaşlı övladı var.Hadisədən sonra X.Miriyev könüllü olaraq Rayon Polis Şöbəsinə gələrək istintaqa təslim olub

 Hadisə rayonun Qalağayın kəndində qeydə alınıb.Qalağayın kənd sakinlərinin verdiyi məlumata görə , kənd sakini 1982-ci il təvəllüdlü Xəqani Miriyev aralarında yaranan şəxsi münasibətlər zəminində həmkəndlisi 1982-ci il təvəllüdlü Ənvər Bəxtiyar oğlu Abdullayevə bıçaqla xəsarət yetirib. Yaralı aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib.Sakinlər həmçinin Xəqani Miriyev və Ənvər Abdullayevin sinif yoldaşı və dost olduğunu, onların arasında hadisədən iki gün əvvəl həmkəndlilərinin toy məclisində mübahisə yarandığını, mübahisəni sona çatdırmaq üçün yenidən görüşərək bu yola əl atdıqlarını bildirdilər.
Hər iki şəxsin iki azyaşlı övladı var.Hadisədən sonra X.Miriyev könüllü olaraq Rayon Polis Şöbəsinə gələrək istintaqa təslim olub.
Faktla bağlı Sabirabad rayon Prokurorluğunda Cinayət Məcəlləsinin (120.1- qəsdən adam öldürmə) maddəsi üzrə cinayət işi açılıb, araşdırma aparılır.(anspress)

 
Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.