Sabunçu qəsəbəsindəki yanğın neft çəlləklərinə çox yaxınlaşdı

Sabunçu rayonundakı qəbiristanlıqlardan birində yanğın faktı qeydə alınıb. Alovun yaxınlıqdakı neft çəlləklərinə keçməsinin qarşısını almaq mümkün olub
Sabunçu rayonu Böyük Şor qəsəbəsində yerləşən qəbiristanlıq ərazisində yanğın baş verib. Məzarlığın ot örtüyündən başlayan yanğın tez bir zamanda ətrafa yayılıb.
Əraziyə cəlb edilən yanğınsöndürənlər çətinliklə olsa da, yanğının yaxınlıqda yerləşən neft çəlləklərinə keçməsinin qarşısını ala bilib.
Hadisə nəticəsində bir çox qəbirlərə ziyan dəyib. Təxminən bir neçə saata yaxın davam edən əməliyyatın sonunda yanğının qarşısı alınıb.
“15 nəfərdən ibarət yanğınsöndürənlərin iştirakı ilə yanğın tam olaraq söndürülüb. Hazırda yanğının digər ərazilərə keçmə ehtimalı yoxdur. İlkin olaraq yanğın ehtiyyatsızlıq səbəbindən baş verib”, – deyə yanğınsöndürən briqadasının rəisi Tərlan Hüseynov bildirib.
Hadisənin qəsdən və ya ehtiyyatsızlıqdan törədilməsi istiqamətində isə araşdırmalar aparılır.(anspress.com)
-
Dünyanın ən dərin şirin su gölündən görüntülər Rusiyanın Sibir şəhərinin cənubunda yerləşən bu gölün ən yüksək dərinliyi 1637 metrdən ibarətdir.
-
100 min insan döyüşlərə görə Həma əyalətini tərk edib Kütləvi köçə səbəb Həma əyalətində üsyançılar ilə hökumət qüvvələri arasında baş vermiş silahlı toqquşmalardır.
-
Rusiya Türkiyəni Suriyadakı vəziyyəti gərginləşdirməməyə səsləyir Bu bəyanatı Rusiya Federasiya Xarici İşlər Nazirliyi yayıb.
-
300-ə qədər suriyalı qaçqın Türkiyədən azad edilmiş Cərablus şəhərinə geri dönürlər Qaçqınlar Türkiyənin Miqrasiya Xidmətindəki qeydiyyatdan çıxırlar.
-
Ölümü unutmaq – Ayətullah Behcətin dilində "Bəzilərimiz isə daima ölümü xatırlayır və ona hazırlaşırlar."
-
İraqın baş naziri Mosul şəhərinin azad olunmasıyla bağlı açıqlama verib ABŞ İraqın könüllü xalq dəstələrinin (Həşd əş-Şəbi) Mosul əməliyyatında iştirakından narazıdır.