haberL haberR

Sabunçu rayonunun bir neçə qəsəbəsinin qaz təchizatı məhdudlaşdırılıb

Kateqoriya: Sosial Yayımlama tarixi: 29.12.2015 10:30:31

Bu gün Sabunçu rayonun bir neçə qəsəbəsinə qaz verilişində məhdudiyyətlər olacaq

“Azəriqaz” İB-nin ictimaiyyətlə əlaqələr şöbəsindən məlumatına görə, Sabunçu rayonunda qaz kəmərində aşkar olunmuş qaz sızmasının ləğvi, diametri 219 mm-lik yeni çəkilmiş qaz kəmərinin qaz təchizatı mənbəyinə birləşdirilməsi və təbii qazdan qeyri-qanuni istifadə hallarının qarşısının alınaraq istehlakçıların qaz təchizatının yaxşılaşdırılması məqsədilə saat 09:00-dan 18:00-dək Sabunçu rayonunun Bakıxanov, Balaxanı, Bilgəh, Maştağa, Pirşağı və Kürdəxanı qəsəbələrinin bir hissəsində təbii qazın verilişində fasilələr yaranacaq. (APA)

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.