haberL haberR

Sadik Xan: “Ümid edirəm ki, Tramp seçkilərdə qalib gəlməyəcək.”

Kateqoriya: Dünya Yayımlama tarixi: 12.05.2016 13:29:09

Londonun yeni seçilmiş müsəlman meri Sadik Xan bildirib ki, ABŞ-dakı prezident seçkilərində Donald Trampın məğlub olacağına ümid edir

İslamazeri.az-ın "İslam-today"-ə istinadən verdiyi xəbərə görə,  Sadik Xan deyib: “Mən ümid edirəm ki, Donald Tramp prezident olmağa müvəffəq olmayacaq. Onun və komandasının İslama olan baxışları olduqca məhduddur.  Mümkündür ki, insan müsəlman olsun və Avropada yaşasın. Mümkündür ki, insan müsəlman olsun və ABŞ-ı ürəkdən sevsin. Tramp bir çoxlarını İslam və Qərbin ziddiyət təşkil etdiyini düşünməyə məcbur edir. Və bu cür siyasət də ekstremistlərin xeyrinədir. Və məhz Donlad Trampın fundamental səhvi elə budur.” .

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.