haberL haberR

“Sadval” millətçi hərəkatının üzvü ölü tapıldı (Foto)

Kateqoriya: Region Yayımlama tarixi: 25.03.2015 11:35:22

“Sadval” ləzgi hərəkatının fəal üzvlərindən biri ölü tapılıb

İslamazeri.az-ın virtualaz.org-a istinadən xəbər verir ki, millətçi “Sadval” ləzgi hərəkatının fəal üzvü, ictimai xadim Ruslan Maqomedrahimov dünən Dağıstanın Kaspiysk rayonundakı parkların birində ölü tapılıb.

Məlumata görə, Ruslan Maqomedrahimovun yaxınları və qohumları onun öz əcəli ilə öldüyünə inanmadıqlarını bildiriblər. Meyit morqa aparılıb və yarılıb. Tibbi ekspertiza Ruslan Maqomedrahimovun zorakılıqla qətlə yetirildiyini təsdiqləyib. Onu boğaraq öldürüblər.

Ruslan Maqomedrahimovun 45 yaşı var idi. O, uzun illər orduda xidmət edib, sonra isə mülki aviasiya sahəsində çalışıb, təyyarəçi olub. Son illər ictimai fəaliyyətlə məşğul idi. “Sadval” millətçi hərəkatının fəal üzvü idi. “Sadval” Azərbaycan tərəfindən terror təşkilatı kimi tanınıb.

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.