haberL haberR

Şahin Həsənli: "Təbii ki, mən buna razı olmazdım"

Kateqoriya: Münasibət Yayımlama tarixi: 03.08.2015 17:48:02

"Bunu kimin təşkil etdiyi, nə şəkildə olduğu barədə hər hansı fikir söyləməkdə çətinlik çəkirəm"
Məlum olduğu kimi, bu il ibtidai sinif şagirdləri üçün hazırlanan çantaların üzərindəki yazılar sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub. Qeyd edək ki, bəzi çantaların üzərində "I love Haci Şahin" yazılıb. Bununla əlaqədar olaraq Faktxeber.com ilahiyyatçı Şahin Həsənlidən münasibət öyrənib.
 
İlahiyyatçı bunun kimin və nə məqsədlə etdiyindən xəbəri olmadığını deyib: «Mən də sosial şəbəkələrdən öyrənmişəm. Ona görə bunu kimin təşkil etdiyi, nə şəkildə olduğu barədə  hər hansı fikir söyləməkdə çətinlik çəkirəm».
 
«Bəs ümumiyyətlə fərdlərin adlarının bu formada çantaların üzərinə yazılmasına necə baxırsız?», - sualına cavab olaraq isə Şahin Həsənli bu məsələyə düzgün baxmadığını deyib: «Ən azından bu barədə həmin insanın özü ilə danışmaq, razılığını almaq olardı. Təbii ki, mən buna razı olmazdım. Ümumiyyətlə, məktəbli çantalarının üzərinə şəxslərin adlarının yazılması, fikrimcə, düzgün deyil və heç bir anlamı yoxdur. Bunu bir insanın adından qazanc məqsədilə istifadə kimi qiymətləndirirəm»
Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.