haberL haberR

​Salyanda 206 nəfərdə xəstəlik aşkar olunub

Kateqoriya: Səhiyyə Yayımlama tarixi: 15.02.2016 14:33:25

Salyan rayonunda əhalinin tibbi profilaktik müayinədən keçməsi aksiyasına başlanılıb.

 "Report" xəbər verir ki, rayonda 133 mindən artıq əhali yaşayır və bunlardan 72 min nəfəri 18 yaşından yuxarı olan vətəndaşlardır. Əhalinin bu kütləsinə daxil olan vətəndaşların tibbi profilaktik müayinədən keçirilməsi nəzərdə tutulub. Bunun üçün Rayon mərkəzi poliklinikasında 4 briqadadan ibarət həkim komissiyası yaradılıb. Həkimlər tərəfindən terapevt, rentgen, göz, dəri və bu kimi xəstəliklər müayinə edilir.

Əhali həkimlər tərəfindən tibbi profilaktik müayinə olunmaqla bərabər yardımçı tibbi müayinə metodlarından da keçirilir.

Humanitar aksiya zamanı 715 nəfər müayinədən keçib. Xəstəlikləri aşkarlanan 196 nəfər ambulator, 8 nəfər stasioanar müalicəyə cəlb olunub, 2 nəfər isə Bakıya göndərilib. 

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.