haberL haberR

Salyanda güclü külək əhalini işıqsız qoyub (Foto)

Kateqoriya: Region Yayımlama tarixi: 18.11.2015 13:59:40

Güclü külək Salyan şəhərinin bir hissəsini işıqsız qoyub.

Güclü külək Salyan şəhərinin bir hissəsini işıqsız qoyub.
Ötən gün saat 17:30 radələrində 10-15 dəqiqəlik əsən güclü külək Salyan şəhərinin Təbriz Xəlilbəyli küçəsindəki "Şelli" məscidi yaxınlığındakı nəhəng qovaq ağacını kökündən qoparıb.
Nəticədə ağac elektrik dirəyinin üzərinə düşərək naqilləri sıradan çıxarıb ki, bu da şəhərin Heydər Əliyev prospekti, Əliağa Kürçaylı, Təbriz Xəlilbəyli, Nəriman Nərimanov, Əli bəy Hüseynzadə, Yunis Zərgərli və daha 4 küçəsinin əhalisinin işıqsız qalmasına gətirib çıxarıb.
Sözügedən ağac kəsilərək küçədən yığışdırılıb. 
Elektrik dirəyi və naqillər axşam saat 22:23 radələrində bərpa edilib.

Salyanda güclü külək əhalini işıqsız qoyub
Salyanda güclü külək əhalini işıqsız qoyub
Salyanda güclü külək əhalini işıqsız qoyub
Salyanda güclü külək əhalini işıqsız qoyub

Salyanda güclü külək əhalini işıqsız qoyub (Foto)

/haberimaj/habergaleri/5I2U4D5G4R1U.JPG
  1. Salyanda güclü külək əhalini işıqsız qoyub (Foto)

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.