haberL haberR

Salyanda yaşayış binası yanıb, bina sakinləri təxliyə olunub

Kateqoriya: Hadisə Yayımlama tarixi: 23.03.2016 09:55:06

Salyanda yaşayış binasında yanğın olub.

APA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, hadisə Salyan şəhərində ikimərtəbəli yaşayış binasının ikinci mərtəbəsində qeydə alınıb. Vətəndaşa məxsus ümumi sahəsi 69 kv.m olan 4 otaqlı mənzilin bir otağının və mətbəxinin yanar konstruksiyaları 32 kv.m sahədə yanıb. Yanğın zamanı yanğınsöndürənlər tərəfindən 7 nəfər bina sakini təxliyə olunub. Mənzilin qalan hissəsi və digər mənzillər yanğından mühafizə olunub və yanğın saat yanğınsöndürənlər tərəfindən söndürülüb.

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.