haberL haberR

Salyanda yolu keçmək istəyən piyadanı maşın vurub

Kateqoriya: Hadisə Yayımlama tarixi: 24.05.2016 8:56:21

Salyanda piyadanın vurulması ilə nəticələnən yol qəzası baş verib.

“Report” xəbər verir ki, hadisə bu gün səhər saatlarında Ələt-Astara magistral yolunun rayonun Arbatan kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, Neftçala rayonunun Xıllı qəsəbəsinin sakini, 64 yaşlı Rasim İsmayıl oğlu Dadaşov Arbatan yolu üzərindədəki bankomatdan pul çıxarıb magistral yolu keçmək istərkən “Qazel” markalı avtomobil onu vurub.

Müxtəlif dərəcəli bədən xəsarətləri alan yaralı Salyan Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb və həkimlər tərəfindən ona ilkin tibbi yardım göstərilib.

Faktla bağlı araşdırma aparılır.

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.