haberL haberR

Şamaxıda ağır yol qəzası baş verib

Kateqoriya: Kriminal Yayımlama tarixi: 14.08.2015 17:13:56

“VAZ 2106”nın sürücüsü Kamil Mikayılov aldığı ağır xəsarətlər səbəbindən hadisə yerində dünyasını dəyişib.

Hadisə bu gün səhər saatlarında Bakı-Şamaxı yolunun 124-cü kilometrliyində, Şamaxı şəhəri ərazisində qeydə alınıb. Bakı sakini, 1961-ci il təvəllüdlü Mikayılov Kamil Xasay oğlunun idarə etdiyi 10-PK-535 dövlət nömrə nişanlı, “VAZ 2106” markalı minik maşını qarşı tərəfdən gələn “Chevrolite Aveo” markalı avtomobillə toqquşub. “VAZ 2106”nın sürücüsü Kamil Mikayılov aldığı ağır xəsarətlər səbəbindən hadisə yerində dünyasını dəyişib. “Chevrolite Aveo”nun sürücüsü isə yüngül xəsarət aldığı üçün ona ilkin tibbi yardım göstərilərək evə buraxılıb. Faktla bağlı Baş Dövlət Yol Polis İdarəsinin istintaq və təhqiqat şöbəsi tərəfindən araşdırma aparılır. (apa)

 
Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.