haberL haberR

Şamaxıda baş verən dəhşətli qətlin üstü açılıb

Kateqoriya: Kriminal Yayımlama tarixi: 16.12.2014 12:00:25

Müştəri pul üstündə taksi sürücüsü öldürdü

Şamaxıda taksi sürücüsünü dəhşətli şəkildə qətlə yetirənlər tutulub. Şamaxı rayon Prokurorluğundan verilən məlumata görə, əməliyyat Şamaxı rayon polis şöbəsi əməkdaşları tərəfindnə keçirilib.

Keçirilən əməliyyat zamanı taksi kimi fəaliyyət göstərən “Azsamand” markalı, 99-AY-869 nömrə nişanlı maşının sürücüsü 1988-ci il təvəllüdlü Ceyhun İmaş oğlu Qurbanovun qatillərinin onun müştəriləri olduqları müəyyən olub.

Həyata keçirilən əməliyyat axtarış tədbirləri nəticəsində qətldə şübhəli bilinən 1994-cü il təvəllüdlü Mark Abil oğlu Süleymanov və 1983-cü il təvəllüdlü Pərviz Ələmdar oğlu Qasımov tutulublar.

İlkin ehtimala görə, hadisə sürücü ilə müştərilərin arasında pul üstündə yaranan mübahisə zamanı baş verib. Lakin qətlin dəqiq səbəbləri aparılacaq araşdırmalardan sonra müəyyən ediləcək.

Qeyd edək ki, dekabrın 15-də taksi kimi fəaliyyət göstərən 99-AY-869 dövlət nömrə nişanlı, “Azsamand” markalı minik avtomobilinin yoldan çıxaraq dərəyə aşması barədə məlumat əsasında hadisə yerinə gələn yol polisi əməkdaşları maşının yanında sürücünü tapıblar. Araşdırmalar zamanı müəyyən olunub ki, qətlə yetirilən sürücü Füzuli rayonundan olan və Bakının Maştağa qəsəbəsində yaşayan, 1988-ci il təvəllüdlü Ceyhun İmaş oğlu Qurbanovdur.

Faktla bağlı cinayət işi başlanıb, araşdırma davam etdirilir.(anspress)

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.