haberL haberR

Şamaxıdakı yəhudi qəbirstanlığı yerli polis tərəfindən mühafizə ediləcək FOTO

Kateqoriya: Xəbərlər Yayımlama tarixi: 27.11.2014 19:50:08

Avqust ayında naməlum şəxslər tərəfindən yəhui qəbirstanlığının giriş tablosunun sındırılmasından sonra Yəhudi İcması yerli icra və hüquq mühafizə orqanlarını bəzi işlərdə razı sala bilib

İslamazeri.az-ın verdiyi xəbərə görə, bu haqda İsrail mediasına Yəhudi İcmasının sədri Semyon İxiilov deyib.

Onun sözlərinə görə, qəbiristanlığa işıq çəkilib, yerli sakinlərdən keşikçilər təyin olunub və Dağ Yəhudilərinin Beynəlxalq Xeyriyyə Fondu bunun üçün büdcə ayırıb.

İxiiovun sözlərinə görə, bu faktla bağlı o yerli icra və hüquq mühafizə orqanları ilə görüş keçirib və vandallıqla profliaktik mübarizə məsələləri müzakirə edilib.

Yəhudi icmasının sədri həmçinin bildirib ki, Şamaxı polisi Yəhudi qəbiristanlığını mühafizə niyyətilə polis patrulu da əraziyə ayrılmışdır.

Qeyd edək ki, Azərbaycandakı qəbirstanlıqlar, xüsusilə şəhidlər xiyabanı xüsusi olaraq polislər tərəfindən mühafizə olunmur, çünki Şəhidlər xiyabanında Yəhudi qəbirstanlığındakı vandallıq baş verdikdən sonra Şəhidlər Xiyabanında da qəbirlərə qarşı hörmətsizlik həyata keçirilmişdi. Avqustun 21-dən 22-ə keçən gecə paytaxtın Şəhidlər Xiyabanında qəbirlər üzərində təhqiredici hərəkətlərin edilməsi faktı ilə bağlı Bakı şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 245-ci maddəsi ilə cinayət işi başlanmışdır. Hadisəni törədən şəxs ikinci dəfə bu işi görərkən sentyabr ayında həbs olunmuşdu.

 

Şamaxıdakı yəhudi qəbirstanlığı yerli polis tərəfindən mühafizə ediləcək FOTO

/haberimaj/habergaleri/3J0V2E3H2S9V.JPG
  1. Şamaxıdakı yəhudi qəbirstanlığı yerli polis tərəfindən mühafizə ediləcək FOTO

  2. Şamaxıdakı yəhudi qəbirstanlığı yerli polis tərəfindən mühafizə ediləcək FOTO

  3. Şamaxıdakı yəhudi qəbirstanlığı yerli polis tərəfindən mühafizə ediləcək FOTO

  4. Şamaxıdakı yəhudi qəbirstanlığı yerli polis tərəfindən mühafizə ediləcək FOTO

  5. Şamaxıdakı yəhudi qəbirstanlığı yerli polis tərəfindən mühafizə ediləcək FOTO

  6. Şamaxıdakı yəhudi qəbirstanlığı yerli polis tərəfindən mühafizə ediləcək FOTO

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.