haberL haberR

Şampunun içindən narkotik çıxdı (Foto)

Kateqoriya: Kriminal Yayımlama tarixi: 26.10.2014 17:40:48

Qardaş məhkum qardaşına bağlama içində tiryək ötürmək istəyib

Bakıda həbsxanada şampunun içindən narkotik vasitə aşkarlanıb.

İslamazeri.az-ın Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin İctimaiyyətlə əlaqələr şöbəsinə istinadla verdiyi məlumata görə, Penitensiar xidmət əməkdaşları tərəfindən həyata keçirilmiş axtarış-baxış tədbirləri həyata keçiriblər. Nəticədə 2 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən, məhkum Rüfət Vaqif oğlu Əliyevə qardaşı tərəfindən göndərilmiş bağlamaya baxış keçirilib.

Məlum olub ki, Şəmkir rayon sakini Sənan Vaqif oğlu Əliyev “Clear” şampun qabının içərisində gizlədilmiş kibrit qutusuda 2,97 qram narkotik maddə - marixuana və 0,68 qram narkotik maddə - tiryəki qardaşına ötürmək istəyib. 

Narkotik vasitə Penitensiar xidmət əməkdaşları tərəfindən aşkar edilərək götürülüb.

Fakt üzrə araşdırma aparılır. 

 

 

 

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.