haberL haberR
"Strategy Analytics" tədqiqat şirkəti dünyada ən iri smartfon tədarükçüsünü müəyyən etmək üçün analizlər aparıb

Təhlillər zamanı məlum olub ki, "Samsung  Electronics" şirkəti 2015-ci ilin birinci rübündə satış həcminə görə "Apple" şirkətini ötüb.

İslamazeri.az-ın "ICTnews"-a istinadən verdiyi xəbərə görə, "Samsung" şirkəti tərəfindən dünya üzrə 83.2 milyon  smartfon tədarük edilib və  bununla şirkət birinci rübdə bazar payını 24 %-dək artırıb. Nəticə etibarı ilə, bu göstərici ötən il qeydə alınan 31 %-dən azdır, lakin "Apple" şirkətinin göstəricisindən çoxdur.

Qeyd edək ki, "Apple" şirkətinin bazar payı 18 % təşkil edir.

Neyl Mavstoun öz bəyanatında qeyd edib ki, "Samsung  şirkəti Asiya və digər regionlarda çətinliklərlə üzləşir. Amma onun qlobal nəticəsi kifayət  qədər stabilləşib. Belə ki, şirkət dünyada ən böyük smartfon təchizatçısı  kimi birinci  yerdə qərarlaşıb".

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.