haberL haberR

"Samsung" şirkəti yeni, qatlana bilən telefonların satışına başlayır

Kateqoriya: Texnologiya Yayımlama tarixi: 19.09.2015 12:00:08

Bu sayədə iki ekran qarşı-qarşıya duracaq vəziyyətdə telefon qatlanır

İslamazeri.az “Samsung”un rəsmi saytına istinadən xəbər verir ki, “Samsung”un son dövrdə üzərində çalışdığı məlum olan "qatlana bilən" mobil telefon modeli, alınan yeni informasiyalarla gündəmi məşğul etməyə davam edir. Bir pul kisəsi kimi qatlanan və “Samsung”un baxış tərzinə görə "vadi" formasında olan və bu səbəblə "Project Valley" olaraq qeyd edilən yeni telefon nəzərdə tutulan vaxtından əvvəl qarşımıza çıxa bilər. Yanvar ayında tanıdılmasını gözlədiyimiz “Project Valley”ə dair gələn yeni xəbər isə telefon üçün alınan patent nümunələridir.

Sızdırılan şəkillərə görə, “Samsung” yeni telefon modelinin dözümlülüyünü artırmaq üçün müasir "qatlama sistemi" inkişaf etdirib. Bu sayədə iki ekran qarşı-qarşıya duracaq vəziyyətdə telefon qatlanır. Əgər telefon yanvar ayında tanıdılacaqsa, çox qısa bir müddət ərzində yalnız patent görüntüləri ilə deyil, fotoşəkil sızıntıları ilə də yeni modeli görəcəyimizi düşünürük.

Telefona dair məlum olan digər detallar texniki parametrləridir. Qualcomm Snapdragon 820 prosessorunu istifadə edəcəyi düşünülən “Project Valley”in həmçinin 3 GB RAM-ı olacağı bilinir. Yenə “Samsung”un bir müddətdir ki, üz çevirdiyi microSD kart yuvasını da “Project Valley”də görəcəyik.

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.