haberL haberR

Samuxda avtomobil ağaca çırpılıb, ölənlər və xəsarət alanlar var

Kateqoriya: Region Yayımlama tarixi: 19.11.2015 11:21:46

“Daewoo” markalı avtomobil yolun kənarında olan ağaca çırpılıb

Samux rayonunda ölümlə nəticələnən yol qəzası baş verib. Hadisə rayonun Çobanabdallı kəndinə gedən yolda qeydə alınıb. “Daewoo” markalı avtomobilin  ağaca çırpılması nəticəsində iki nəfər ölüb, bir neçə nəfər isə yaralanıb. Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerində araşdırma aparır.

Sürücü, 1988-ci il təvəllüdlü Nizami Məmmədov və 1986-cı il təvəllüdlü Nahidə Atayeva hadisə yerində ölüblər.

Gəncə şəhər Məhsəti qəsəbə sakinləri - 1977-ci il təvəllüdlü Sabirə İsgəndərova və 1979-cu il təvəllüdlü İntizar Şəfiyeva isə müxtəlif bədən xəsarətləri alaraq Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib. Onların vəziyyətlərinin ağır olduğu bildirilir.

Faktla bağlı Samux rayon Polis Şöbəsində araşdırma aparılır. (APA)

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.