haberL haberR

Sarkisyan Berlində etirazla qarşılandı - Azərbaycanlıların mitinqi (Foto - Video)

Kateqoriya: Dünya Yayımlama tarixi: 06.04.2016 14:43:15

Xəbər verdiyimiz kimi, Ermənistan prezidenti Serj Sarkisyan bu gün Almaniyaya səfərə gedib. O, səfər əsnasında Almaniya kansleri Angela Merkellə Qarabağ məsələsini müzakirə edəcək.

“Qafqazinfo”nun məlumatına görə, hazırda görüşün baş tutacağı Federal Kansler binasının qarşısında xeyli sayda azərbaycanlı var. Onlar erməni prezidentinə qarşı keçirilən mitinqdə iştirak edərək bir milyondan çox məcburi köçkünə dəstək nümayiş etdirir, son günlər cəbhə xəttində baş verən erməni təxribatlarına etiraz edirlər.

Etiraz mitinqində iştirak edən soydaşlarımızın sözlərinə görə, hazırda Sarkisyan Federal Kansler binasına daxil olub. Aksiya iştirakçıları “Qarabağ bizimdir, bizim olacaq” şüarlarını səsləndirir. Binanın qarşısında 300-dən çox etirazçı var. 

Sarkisyan Berlində etirazla qarşılandı - Azərbaycanlıların mitinqi (Foto - Video)

/haberimaj/habergaleri/9C5N8X8Z7K5O.JPG
  1. Sarkisyan Berlində etirazla qarşılandı - Azərbaycanlıların mitinqi (Foto - Video)

  2. Sarkisyan Berlində etirazla qarşılandı - Azərbaycanlıların mitinqi (Foto - Video)

  3. Sarkisyan Berlində etirazla qarşılandı - Azərbaycanlıların mitinqi (Foto - Video)

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.