haberL haberR

Saxta dollar satmaq istəyənlər həbs olundu (Foto)

Kateqoriya: Kriminal Yayımlama tarixi: 01.02.2016 15:43:14

Daxili işlər orqanları əməkdaşları tərəfindən ölkənin maliyyə sisteminə ciddi təhlükə yaradan saxta pulların hazırlanması və dövriyyəyə buraxılmasının qarşısının alınması istiqamətində əməliyyat tədbiri həyata keçirilib.

  Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya bildirilib ki, daxil olmuş məlumat əsasında Bakı Şəhər Baş Polis İdarəsinin Cinayət Axtarışı İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Beyləqan rayon sakini Emin Abuşov 796 ədəd 100 dollarlıq saxta əsginası 49 min manata satmaq istəyərkən saxlanılıb. Aparılmış tədbirlərlə ona saxta əsginasların Bakı şəhər sakini Vüqar Abbasov və Gürcüstan vətəndaşı Əli Rüstəmov tərəfindən verilməsi müəyyən edilib və  hər iki şəxs polis əməkdaşları tərəfindən tutulub. Baxış zamanı Ə.Rüstəmovun üzərindən 2 ədəd, V.Abbasovdan isə 10 ədəd 100 dollarlıq saxta əsginas götürülüb.

                   

Faktla bağlı Bakı şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat İdarəsində cinayət işi başlanıb. Cinayətin digər iştirakçılarının da müəyyən edilərək məsuliyyətə cəlb olunmaları istiqamətində zəruri əməliyyat-axtarış və istintaq tədbirləri davam etdirilir.

Saxta dollar satmaq istəyənlər həbs olundu (Foto)

/haberimaj/habergaleri/3J0U2E3G2R9V.JPG
  1. Saxta dollar satmaq istəyənlər həbs olundu (Foto)

  2. Saxta dollar satmaq istəyənlər həbs olundu (Foto)

  3. Saxta dollar satmaq istəyənlər həbs olundu (Foto)

  4. Saxta dollar satmaq istəyənlər həbs olundu (Foto)

  5. Saxta dollar satmaq istəyənlər həbs olundu (Foto)

  6. Saxta dollar satmaq istəyənlər həbs olundu (Foto)

  7. Saxta dollar satmaq istəyənlər həbs olundu (Foto)

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.